EN

Tramp: Putin məni məyus etdi, müharibə davam edir

ain.az bildirir, Bakupost portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin mövqeyindən məyus olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlmasında deyib.

Tramp Putinlə yaxşı münasibətlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirməyə kömək edəcəyini gözlədiyini, lakin bu gözləntilərin özünü doğrultmadığını söyləyib.

O, Avropa ölkələrini də rus neftinin qiymətlərini azaltmağa çağırıb: "ABŞ neft istehsalını artırıb və qiymətləri aşağı salır, bununla da Ukrayna müharibəsini sürətlə bitirməyə ümid edir. Qiymətləri bir qədər daha aşağı salın, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıracaq. Hər həftə 5–7 min insan səbəbsiz yerə ölür".

ABŞ lideri həmçinin vurğulayıb ki, əvvəllər yeddi müharibəni dayandırıb və Ukrayna müharibəsini də asanlıqla dayandıracağını düşünüb:

“Mənə dedilər ki Rusiyanı və Ukraynanı dayandırsan Nobel alacaqsan. Düşünürdüm ki, bu ən asan olacaq, amma Putin məni məyus etdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
www.bakupost.az

3Sources