BAKI, 21 sentyabr. TELEQRAF
Ağcabədi rayonunun Hindarx qəsəbəsində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 221 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.