İtaliyanın Yeloza şəhərində keçirilən Kikbiksinq üzrə Avropa Çempionatında azərbaycanlı Paşa Tapdıqov qızıl medal qazanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, yarış zamanı o, yarımfilnalda Moldovanı, finalda isə Ermənistan idmançısını 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Paşa Tapdıqov bundan öncə dəfələrlə Dünya və Avropa Çempionatlarının və Kuboklarının qızıl mükafatçısı olub.