Azərbaycan Kikboksinq Federasiyasının Vitse-prezidenti Eduard Mammadov öz adımdan Milli komandanın bütün üzvlərinə, əsasən məşqçilər heyətinə, o cümlədən Baş məşqçi Hikmət Hacıyevə, xüsusi olaraq Federasiyanın Baş katibi İlkin Məsimzadəyə, A-kateqorialı Beynəlxalq dərəcəli hakim Aydın Ağabəyov başda olmaqla WAKO tərəfindən dəyərləndirilmiş AKF-in Hakimlər heyətinə əzimkar işlərinə görə TƏŞƏKKÜR EDİRƏM!
Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq yarışın ən yaxşı rinq qadın hakimi seçilib.
Əlavə olaraq, iştirak etdiyimiz hər bir yarışda Azərbaycan Kikboksinq Federasiyasına dəstək olan Gənclər və İdman Nazirliyinə öz dərin təşəkkürlərimizi bildiririk!