EN

​Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edildi FOTO

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğa edən Peyman İbrahimi dünən Təbriz İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb.

Metbuat.az Azad İran-a istinadən xəbər verir ki, onun həbsi “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə əsaslandırılıb.

Qeyd edək ki, Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı. Həmin ilin dekabrında keçirilən məhkəmə prosesində o, “dövlət quruluşuna qarşı təbliğat” və “ölkə rəhbərini (Xameneyini) təhqir” ittihamları ilə ümumilikdə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Chosen
32
5
metbuat.az

7Sources