EN

4 gün ardıcıl iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq.

Bizim.Media xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir.
 

Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir.


Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

Bizim.Media

Chosen
2
26
bizim.media

10Sources