EN

Banklara borcu olanların nəzərinə

Kredit gecikmələrinə görə tətbiq edilən cərimələr bəzən ümumi borcun əhəmiyyətli hissəsinə çevrilir. Nəticədə vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizləri hesabına daha da artır.

Maraqlıdır, qanunvericiliyə əsasən, ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?

Publika.az Xəzər TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əgər vətəndaş istehlak krediti götürürsə, bu halda gecikməyə görə maksimum 5 faiz əlavə cərimə təyin edilə bilər.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz əlavə edilməklə, biznes kreditlərində isə maksimum 9 faizə qədər gecikmə faizi tətbiq oluna bilər.

Chosen
8
9
publika.az

10Sources