EN

Şəhid Elvin Nadirli ömrünü Vətənə həsr edən qəhrəman

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Füzuli, 21 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

2023-cü ildə Azərbaycan ordusu tərəfindən erməni separatçılarına qarşı keçirilən lokal xarakterli antiterror tədbirlərində Elvin də ön sıralarda olan hərbçilərdən biri olub. Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elvin Nadirli hələ azyaşlı vaxtlarından hərbçi olmağı qarşısına məqsəd qoyaraq atasının yolun davam etdirməyi düşünürdü. O, hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollananaraq, xidmətini başa vurduqdan sonra Aprel döyüşlərinin təsiri ilə ordu sıralarına qoşulmağa qəti qərar verib. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayan Elvin, 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Füzulidən Şuşaya qədər uzanan döyüş yolunda Elvin göstərdiyi qəhrəmanlıqlara görə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Müharibədən sonra da Vətənə xidmətini davam etdirən Elvin komando birliyində xidmət etmək arzusuna sadiq qalıb. İki dəfə uğursuzluqla nəticələnsə də, üçüncü cəhddə xüsusi kursları uğurla bitirərək komando birliyində xidmət etməyə başlayəb. 2023-cü ildə keçirilən lokal antiterror tədbirlərində də Elvin ön sıralarda olub. Xocavənd istiqamətində düşmənin mövqelərini azad edən zaman qəhrəman əsgərimiz düşmən artilleriya atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Elvin Nadirli haqqında danışan hər kəsin sözündə bir qürur var. Atası Yurik Quliyev oğlunun döyüş yolundan danışarkən səsi titrəsə də, qürur hissini gizlətmir: “Elvin çox vətənpərvər idi. Hələ azyaşlı vaxtlarından hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. 44 günlük Zəfər yürüşündə şücaəti ilə seçildi. Antiterror tədbirlərində isə komando döyüşçüsü kimi vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Mən övladımla hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm”.

Anası Sevinc Quliyeva o günləri xatırlayarkən göz yaşlarını gizlədə bilmir: “Elvin uşaqlıqdan qorxu bilməzdi, Vətənə sevgisi sonsuz idi. Şəhid olmamışdan bir gün əvvəl bizlə danışdı. Sanki hiss etmişdi. Hər zaman deyirdi ki, ən böyük arzum Vətən uğrunda canımdan keçməkdir. O arzusuna çatdı. Vətən azad oldu, Elvin də ən uca zirvəyə yüksəldi- sahib oldu”.

Elvinin həyat yoldaşı Kifayət Nadirli isə onun ən çox işlədiyi ifadəni xatırlayır: “Elvin deyirdi ki, şərəfli ölüm var. Mən indi başa düşürəm ki, o, Vətən uğrunda şəhid olmağı şərəf sayırdı. Çox gözəl xatirələrimiz var. Övladımız hələ balacadır, tez-tez atasını soruşur. Mən isə deyirəm: atan göylərdədi”

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nadirli Elvin Prezident İlham Əliyevin sərəncamları ilə”Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azertag.az

2Sources