ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, Kit Kelloq bildirib ki, Ukraynada sülhə nail olmaq üçün atəşkəs vacibdir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Kelloq bu fikirləri lord Maykl Eşkroftla müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin bu addımı atsa, sonradan hərbi əməliyyatları bərpa etməsi çətin olacaq.
O əlavə edib ki, şəxsi mövqeyinə görə ən yaxşı variant atəşkəsdir, lakin Donald Tramp sülh sazişi əldə etmək istəyir.
“Putin hələlik bunu istəmir. O düşünür ki, hərbi yolla qələbə qazana bilər, mən isə belə hesab etmirəm”, – deyə Kelloq vurğulayıb.
"Cebheinfo.az"