EN

Azərbaycandakı yarışda Formula 2 nin bu pilotları CƏZALANDIRILDI

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.

"Trident" komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
24
baku.ws

10Sources