Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ən yüksək pilləyə qalxıb.
O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib. Yarımfinalda isə türkiyəli Gökhan Biceri ipponla üstələyən Zəkiyev həlledici mərhələdə moldovalı İon Basoku da ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu olub.
Qabil YUSİFOĞLU
XQ