AZ

İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Musavat.com xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.

O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.

Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.

Seçilən
12
18
musavat.com

10Mənbələr