Həndbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində “Qarabağ” “Azəryol”u darmadağın edib (40:23), “Dinamo” isə “Təhsil”dən üstün olub (30:19).
Qadınlar arasında “SportAkademiya” “Bakı”nı (39:9), “Qarabağ” isə “Təhsil”i (39:19) məğlub edib.
Beləliklə, yarımfinal cütlükləri aşağıdakı şəkildə müəyyənləşib:
Kişilər
"Kür" - "Dinamo"
"Qarabağ" - "Bakı"
Qadınlar
"Kür" - "Qarabağ"
"SportAkademiya" - "Azəryol"
Yarımfinal görüşləri gələn ilin may ayına nəzərdə tutulub.
Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə ilk yarımfinalçılar bəlli olub
Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
"Qarabağ" Qazaxıstan yığması ilə heç-heçə edib
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib - FOTO
Bakıda beynəlxalq həndbol turnirinin oyun cədvəli açıqlanıb