AZƏRTAC "Sky News"a istinadla xəbər verir ki, 116 yaşlı Ethel Katerham Kral Çarlza onun 56 il əvvəl Uels şahzadəsi kimi taxta çıxma mərasimini xatırladığını deyib.
Ethel Katerham bu ilin aprelində 116 yaşlı braziliyalı rahibə İnah Kanabarro Lukasın vəfatından sonra dünyanın ən yaşlı insanı elan edilib. O, avqust ayında ad gününü ailəsi ilə qeyd etsə də, Kral Çarlzin onu ziyarətinə gələcəyi təqdirdə, onun üçün əsl bayram olacağını söyləmişdi.
Kral Çarlz onun istəyini yerinə yetirərək sentyabrın 19-da ABŞ Prezidenti Donald Trampı yola saldıqdan dərhal sonra onunla görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31