EN

Günəşdə güclü partlayış olub

Sentyabrın 20-nə keçə gecə Günəşdə partlayış baş verib.

 

TASS-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

"Sentyabrın 20-nə keçən gecə Bakı vaxtı ilə saat 02:41-də 4216 (N07W25) Günəş ləkələri qrupunda rentgen diapazonunda 38 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.  Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.

Chosen
12
9
senzor.az

10Sources