Həndbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
İdman.biz bildirir ki, kişilərin mübarizəsində “Qarabağ” “Azəryol”u darmadağın edib (40:23), “Dinamo” isə “Təhsil”dən üstün olub (30:19). Qadınlar arasında “SportAkademiya” “Bakı”nı (39:9), “Qarabağ” isə “Təhsil”i (39:19) məğlub edib.
Beləliklə, yarımfinal cütlükləri aşağıdakı şəkildə müəyyənləşib:
Kişilər
"Kür" - "Dinamo"
"Qarabağ" - "Bakı"
Qadınlar
"Kür" - "Qarabağ"
"SportAkademiya" - "Azəryol"
Yarımfinal görüşləri gələn ilin may ayına nəzərdə tutulub.
İdman.biz