EN

A seriyası: "Milan"dan parlaq qələbə, "Yuventus"dan itki

İtaliya A Seriyasında 4-cü turun üç oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Bolonya” öz meydançasında “Cenoa”nı qəbul edib.

Oyun "Bolonya"nın 2:1 hesablı qələbəsi ilə qurtarıb. Komanda ində 6 xalla 8-ci yerdədir.

“Verona” isə çempionatda ikinci yerdə olan “Yuventus”u qonaq edib. Görüş 1:1 hesabı ilə bitib və Turin klubu liderlik uğrunda mübarizədə vacib xalları itirib.

Günün digər qarşılaşmasında “Udineze” ilə “Milan” üz-üzə gəliblər. Oyunda hesabı 39-cu dəqiqədə Kristian Pulişiç açıb - 0:1.

46-cı dəqiqədə Yusuf Fofana "Milan"ın ikinci qolunu vurub - 0:2.

83-cü dəqiqədə isə Pulişiç oyunda özünün ikinci qolunu vurub - 0:3. Beləliklə, "Milan" səfərdə qələbə qazanıb. Bu qələbə kluba ikinci pilləyə yüksəlməyə imkan verib. İndi "Milan" lider "Yuventus"dan 1 xal geri qalır.

İdman.biz

Chosen
10
1
idman.biz

2Sources