EN

"London taksiləri"nin təmir qarajında yanğın olub

Bakının Sabunçu rayonunda yanğın baş verib.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində, "London taksiləri"nin təmir qarajında qeydə alınıb.

İlkin məlumata görə, yanğın obyektin anbarında baş verib.

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb. 

 

Chosen
16
6
unikal.az

8Sources