EN

Kurban Berdıyev: Bəzən alınır, bəzən isə alınmır

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Bərabər səviyyəli oyunda müdafiədə çox kobud səhv buraxdıq".

İdman.biz bildirir ki, bunu Misli Premyer Liqasında "Sabah"a qarşı keçirilən oyundan sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev bildirib.

Oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə bitib.

"Sabah" kimi rəqibə qarşı belə etmək olmaz. Müdafiədə səhvlərdən sonra rəqib daha arxayın şəkildə mübarizə apardı. Təəssüflər olsun ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Çalışacağıq ki, bunların qarşısını alaq. Standart vəziyyətlərin üzərində əvvəlki kimi işləyirik. Bəzən alınır, bəzən isə alınmır", - Berdıyev deyib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
1
icma.az

2Sources