EN

Misirin Sinay yarımadasında qüvvvələrin artırır: Netanyahu ABŞ-dən nə xahiş edib?

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin Sinay yarımadasında öz qüvvələrini artırdığına və hərbi infrastrukturu inkişaf etdirdiyinə dair xəbərlər aldığı üçün Vaşinqton administrasiyasından Qahirəyə təzyiq göstərməyi xahiş edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Amerika və İsrail rəsmiləri arasında olan mənbələrə görə, Netanyahu Tramp administrasiyasından Misirə Sinay yarımadasında son zamanlar güc toplamasını azaltmaq üçün təzyiq göstərməyi xahiş edib.

Qeyd edək ki, Netanyahu bu həftənin əvvəlində Qüdsdə keçirdiyi görüşdə ABŞ dövlət katibi Marko Rubioya Sinay yarımadasında Misir tərəfindən 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsini ciddi şəkildə pozan addımların siyahısını təqdim edib. Belə ki, Misir tərəfi yarımadada hücum məqsədləri üçün istifadə oluna bilən hərbi infrastruktur yaradır.

İsrail rəsmiləri Misir bazalarının uçuş-enmə zolaqlarının uzadıldığını və raketlərin saxlanması üçün istifadə oluna biləcək yeraltı qurğuların tikildiyini bildiriblər. İsrail tərəfinin bildirdiyinə görə, yəhudi dövlətinin nümayəndələri diplomatik və hərbi kanallar vasitəsilə sorğular göndərəndə Qahirə bu hərəkətlərə ağlabatan izahat verməyib.(Report)

Chosen
17
4
olke.az

5Sources