ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
İsrail ordusu Qəzza şəhərində hərbi əməliyyata davam edərkən HƏMAS 47 israilli girovun fotoşəkillərini yayımlayıb və onlarla vidalaşmağa çağırıb.
"Unikal" xəbər verir ki, fotolar Fələstin radikal hərəkatının hərbi qanadı "Əl-QəssamÜ Briqadalarının Telegram kanalında yayımlanıb.
Qeyd edək ki, bu gün İsrailin BMT -dəki daimi nümayəndəsi Denni Danon bəyan edib ki, ölkənin baş naziri ABŞ prezidenti Donald Trampla gözlənilən görüşdə Qəzza zolağındakı cari tədbirlərə toxunmağı planlaşdırır. Onun sözlərinə görə, Netanyahu daha böyük təzyiq tətbiq etmək niyyətini açıqlayacaq və İsrail hakimiyyəti bunun girovların azad edilməsinə səbəb olacağına ümid edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.