EN

Azərbaycanda 36 yaşlı qadın öldürüldü - əri saxlanıldı

Goranboyda qətl hadisəsi baş verib...

Hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir. (APA)

Poliqon.info

Chosen
47
13
poliqon.info

10Sources