Goranboyda qətl hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.