EN

G7 Rusiyaya qarşı həlledici addıma hazırlaşır: Ukrayna üçün vahid cəbhə qurulur

Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kanadanın maliyyə naziri Fransua-Filip Şampange bildirib ki, Yeddilik Qrupu (G7) Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün "artan" səylərdən "həlledici" hərəkətlərə keçmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, o, bu barədə “Politico”ya müsahibəsində danışıb. Şampange qeyd edib ki, G7 artıq “parça-parça yanaşma”dan imtina edərək Ukraynadakı müharibəyə son qoymaq üçün daha koordinasiyalı və qətiyyətli siyasət yürütmək istəyir. Onun sözlərinə görə, üzv ölkələr bu məsələdə ambisiyaları və prioritetləri baxımından birləşiblər.

Nazir həmçinin G7 ölkələrinin, xüsusilə xaricdə dondurulmuş Rusiya Mərkəzi Bankı aktivlərindən Ukraynanın müdafiə səylərinin maliyyələşdirilməsi üçün istifadə planı ətrafında müzakirələr apardığını bildirib. Bu plan beynəlxalq hüquqa uyğunluğu baxımından mübahisəlidir, lakin G7 daxilində ortaq və koordinasiyalı qərarlar qəbul etmək istəyi mövcuddur.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
icma.az

2Sources