EN

Goranboyda 36 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.

Bizim.Media "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
 

Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Tağıyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib.


Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü M.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
23
bizim.media

1Sources