EN

İslam Kərimovun oğlu arvadını döydü, otel işçilərini isə…

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlu Piter Rusiyanın paytaxtı Moskvada qalmaqal yaradıb.

Lent.az  bildirir ki, məlumata əsasən, 2025-ci il avqustun 22-nə keçən gecə Krasnoqorsk şəhərində, Podmoskovnı bulvarında yaşayan sakinlər qadın qışqırıqlarından oyanıblar. Qonşuların dediyinə görə, Piter Kərimovun keçmiş həyat yoldaşı pilləkən qəfəsinə qaçaraq kömək çağırıb. Elə həmin anda Piter qadını saçlarından tutaraq yumruq zərbələri ilə başına, qarnına və kürəyinə vurub onu geri - mənzilə sürüyüb. Qadın polis çağırmağa cəhd edərkən Piter onun telefonunu əlindən alaraq sındırıb. Polisləri isə qonşular çağırıblar.

Həyəcanlı vəziyyətdə olan Piter Kərimov Krasnoqorskdan uzaqlaşıb, əyləncəsini atasının abidəsinə yaxın yerləşən Bolşaya Polyanka küçəsində davam etdirmək qərarına gəlib. O, burada bir otelə yerləşib, araq içib, qadınlara təhqiramiz sözlər deyib, sərxoş halda qalmaqallar yaradıb və ətrafdakıları hədələyib. Bir neçə gündən sonra otel işçiləri dözə bilməyərək Kərimovun əşyalarını toplayıb onu oteldən çıxarıblar.

Piter İslamoviç yenidən Krasnoqorska qayıdıb və burada konsyerjə, eləcə də binanın sakinlərinə fiziki zorakılıqla hədələr yağdırıb.

Güman olunur ki, Kərimovun bu davranış dəyişikliyi onun təşəbbüsü ilə Özbəkistanda mərhum prezidentin dul arvadı ilə başlanan miras məhkəməsi ilə əlaqədardır. Məhkəmə Piteri varis kimi tanıyıb, lakin ona çox kiçik məbləğ təyin edilib. Ancaq mərhum prezidentin dul arvadı həmin məbləği ödəməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
2
olaylar.az

3Sources