XankÉ™ndi ÅŸÉ™hÉ™rindÉ™ UÅŸaq İncÉ™sÉ™nÉ™t Festivalının qaliblÉ™rinin iÅŸtirakı ilÉ™ konsert proqramı təşkil olunub.Â
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb.
Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub.
Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.