Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
“Qafqazinfo”ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhvali-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yaddaqalan məqamlarından biri olub.
Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
"Cebheinfo.az"