EN

Bakıda sıralama turunun qalibi Maks Verstappen oldu

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin sıralama turu yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, üç sessiyanın nəticələrinə əsasən, ən yaxşı göstəricini “Red Bull” komandasının pilotu Maks Verstappen əldə edib. Niderlandlı sürücü əsas yarışa “pole position”dan başlayacaq.

“Villiams” komandasının sürücüsü Karlos Sayns ikinci, “Racing Bulls”un pilotu Liam Louson isə üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan Qran-Prisinin əsas yarışı sentyabrın 21-də keçiriləcək.

Chosen
14
90deqiqe.az

1Sources