EN

Kazemiro “Əl-Nəsr” yolunda

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro qış transfer pəncərəsində klubunu tərk edə bilər.

İdmanxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu 33 yaşlı futbolçunu heyətinə qatmaq üçün danışıqlara başlayıb.

Kazemiro da “Mançester Yunayted”dən ayrılmaq variantına müsbət yanaşır.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçinin İngiltərə təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Chosen
17
idmanxeber.az

1Sources