EN

"Liverpul" qələbə seriyasını davam etdirərək birinci yerdə möhkəmlənib - VİDEO

İngiltərə Premyer Liqasında 5-ci turun qarşılaşmaları keçirilir.

İdman.biz bildirir ki, turun oyunların "Liverpul" - "Everton" qarşılaşması ilə start verilib.

Çempionatın lideri oyuna fəal şəkildə başlayıb. Oyunda hesabı 10-cu dəqiqədə Rayen Qravenberh açıb - 1:0.

29-cu dəqiqədə Uqo Ekitike hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.

Biirnci hissə bu hesabla başa çatıb.

İkinci hissədə 58-ci dəqiqədə İdrissa Qeye hesab arasındakı fərqi azaldıb - 2:1.

Oyun bu hesabla bitib. Bu qələbədən sonra "Liverpul" 5 oyundan 15 xal toplayaraq liderlik mövqeyində möhkəmlənib. İkinci yerdə 4 oyundan 9 xal toplamış "Arsenal"dır.

İdman.biz

Chosen
27
1
idman.biz

2Sources