EN

Məktəbdə iki müəllim BIÇAQLANDI

Türkiyədə məktəbə hücum olub.

AzEdu.az xəbər verir ki, hadisə Van rayonunun İpəkyolu qəsəbəsindəki orta məktəbdə qeydə alınıb.

Arvadı ilə boşanma ərəfəsində olan bir kişi bıçaqla məktəbə girərək, qaynı R.A.-nın günortadan sonra dərs dediyi sinfi tapıb. Lakin sinifdə həmin vaxt başqa müəllim - türk dili müəllimi olan E.Ş. dərs deyirmiş. Kişi həmin müəllimi qaynı ilə səhv salaraq, bıçaqlayıb. Təsviri incəsənət müəllimi olan R.Y.B. müdaxilə edərək, onları ayırmağa çalışıb. Bu zaman onun da əli kəsilib.

Digər müəllimlərin araya girməsi ilə cinayətkarı saxlamaq mümkün olub. Yaralı müəllimlər xəstəxanaya aparılıb. Cinayətkar isə polisə təhvil verilib.

Chosen
27
1
azedu.az

2Sources