EN

Azərbaycan qarğıdalı idxalını 42 % azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 36 min 974 ton qarğıdalı idxal edib.

Far.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 14 milyon 97 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 26 806 ton (42 %), dəyər baxımından isə 5 milyon 551 min ABŞ dolları (28,2 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ini təşkil edib.

Chosen
13
1
far.az

2Sources