EN

Formula 1-də sıralama turu başladı

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.


Manset.az xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Yekunda əsas yarışa ilk sırada başlayan pilot müəyyənləşəcək.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ən yaxşı nəticəni göstərib. Bugünkü üçüncü sərbəst yürüşdə də Norris fərqlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Chosen
36
8
manset.az

10Sources