Cari ilin yanvar-avqust aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 54 447,8 nəfər olub, bu da illik müqayisədə 0,4% artım deməkdir.
"Cebheinfo.az" bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar-avqust aylarında ölkə üzrə taksi xidmətindən 54 230,8 müştəri istifadə edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6% artaraq 1 208 588,1 min təşkil edib.
"Cebheinfo.az"Â