EN

Formula-1: Xüsusi təyinatlı texnikalar fəaliyyət göstərir - Foto

Bakı şəhərində keçirilən "Formula 1 Qatar Airways" yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar və mümkün yanğınların qarşısının alınması məqsədilə əraziyə 38 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qəza nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün nazirliyin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.

Bununla yanaşı, ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar olaraq nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

Chosen
14
19
axar.az

10Sources