EN

"Formula-1" Azərbaycan Qran-prisinin vaxtı daha bir neçə il uzadıldı

Ölkəmizdə böyük marağa səbəb olan "Formula-1" yarışları Azərbaycanda 2030-cu ilə qədər keçiriləcək.

Far.Az xəbər verir ki, bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, Azərbaycan Qran-prisi, razılaşmaya əsasən, daha dörd il "Formula-1" təqvimində yer alacaq.

Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu.

Chosen
34
5
far.az

6Sources