EN

ABŞ senatorları Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini təklif edib

ABŞ senatorları Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini təklif edib

ABŞ senatorları Ukrayna üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair qanun layihəsi təqdim ediblər

AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, senatorlar hər iki partiyadan qanun layihəsi təqdim ediblər. Sənədə əsasən, Vaşinqton ABŞ-da dondurulmuş Rusiya aktivlərini mütəmadi olaraq Ukraynaya verməlidir.

Sənəddə bildirilir ki, 2024-cü ildə prezident Co Baydenin imzaladığı qanunlara dəyişiklik edilərək, Vaşinqton administrasiyası hər 90 gündə Ukraynaya ən azı 250 milyon dollar vəsait ayırmalıdır. Bundan əlavə, senatorlar digər ölkələri də Ukraynanın xeyrinə dondurulmuş Rusiya aktivlərinin ən azı 5%-ni istifadə etməyə təşviq etməyi təklif edirlər. ABŞ qanunvericilərinin hesablamalarına görə, bu, ilkin mərhələdə təxminən 15 milyard dolları əhatə etməlidir.

Senatorlar həmçinin Vaşinqton administrasiyasını ABŞ-dan kənarda saxlanılan Rusiya suveren aktivləri barədə hesabat təqdim etməyə məcbur etmək istəyirlər.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyatın başlanmasından sonra Rusiyanın təxminən 300 milyard dollar dəyərində aktivlərini dondurublar. Onlardan 5–6 milyard dollar ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikadakı Euroclear beynəlxalq platformasında yerləşir.

Chosen
67
afn.az

1Sources