EN

Qazaxıstan-Qırğızıstan sərhədində iki keçid məntəqəsinə beynəlxalq status veriləcək

BAKI, 20 sentyabr. TELEQRAF

Qazaxstan Qırğızıstanla sərhəd-keçid məntəqələri haqqında protokolu ratifikasiya etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, qanun layihəsi Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təklif edilib.

“Kamışanovka” keçid məntəqəsinin adı dəyişdirilərək “Aksu” (Qazaxıstan) və “Tömönkü-Çuy” (Qırğızıstan) adlandırılacaq. Məntəqələr gecə-gündüz fəaliyyət göstərəcək. Bundan əlavə, “Kamışanovka” və “Besaqaş” ikitərəfli keçid məntəqələrinə beynəlxalq status veriləcək.

Sənədin ratifikasiyası tranzit və nəqliyyat potensialını genişləndirəcək, iki ölkə arasında ticari-iqtisadi əlaqələri gücləndirəcək, digər nəqliyyat-keçid məntəqələrinin yükünü azaldacaq.

Chosen
64
1
teleqraf.com

2Sources