EN

Ərdoğan Trampla Ağ evdə keçiriləcək görüşü barədə paylaşım edib

Hörmətli həmkarım və dostum ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirəcəyimiz görüşdə, hərtərəfli strateji əlaqələrə malik olduğumuz müttəfiqimiz ABŞ ilə başda ticarət, investisiya və müdafiə sənayesi olmaqla bir çox məsələni müzakirə edəcəyik.

Bu barədə Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial hesabında paylaşım edib.

Türkiyə lideri ikitərəfli görüşün ölkələr arasındakı əməkdaşlığı gücləndirəcəyinə inanır:

"Prezident Tramp ilə keçirəcəyimiz görüşün, ortaq qlobal sülh vizyonumuz çərçivəsində bölgəmizdəki müharibə və münaqişələrin dayandırılmasına töhfə verəcəyinə, ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirəcəyinə inanıram".

 
 

Chosen
24
2
7news.az

3Sources