EN

Yenə yağış yağacaq - Proqnoz

Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə +15 dərəcədən +18 dərəcəyədək, gündüz +18 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +16 dərəcədən +20 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5 dərəcəyədək, gündüz +5 dərəcədən +8 dərəcəyədək olacaq.

Chosen
36
49
hafta.az

10Sources