EN

Bu tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“2023-cü ildə suverenliyimizin tam bərpası dünyada, beynəlxalq münasibətlərdə siyasi, diplomatik qələbələrin əsas şərtinə çevrildi. Ölkənin suverenliyi bərpa olunmasaydı bu gün hələ də ərazilərimizdə separatizm yuvaları qalar, müharibə və münaqişə vəziyyətində olan ölkə özünün stabil inkişaf yolunu tuta bilməzdi. Bu mənada suverenliyimiz tariximiz üçün əziz bir faktdır, Azərbaycanın mühüm atributu olaraq önəmlidir”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Dövlət Suvereniyi Azərbaycanın mühüm və ölkəni tanıdan dövlət bayramlarından biridir. Bildirib ki, bu günü təkcə müstəqillik günümüzün simvollarıdan biri kimi qəbul etmək azdır:

"Bu eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki ölkəmiz mütəqlliyini elan etdiyi son 30 il müddətində öz ərazi bütövlüyünü, eyni zamanda suverenliyini tam şəkildə bərpa edə bilməmişdi. Ona görə də dövlətin suverenliyinin 2023-cü ildə tam bərpa olunması müstəqillik tarixində dövlət səviyyəsində əldə etdiyimiz nailiyyətlərdən biri idi".

Chosen
57
hafta.az

1Sources