EN

Azərbaycanda hərbi jurnalist tədbirdə qəfil vəfat etdi - FOTO -YENİLƏNDİ

Bu gün 83 yaşında vəfat edən hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda, həyat yoldaşı və oğlunun məzarlarının yanında dəfn ediləcək.


News24.az xəbər verir ki bu barədə Teleqraf-a Qazax Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.


Onun sözlərinə görə, mərhumun ürəyində problem olub. Bir il əvvəl ürəyinə stend qoyulub və əməliyyat keçirib. Əlavə ciddi sağlamlıq problemi olmayıb:


“Yaddaşı çox güclü idi, danışığında da problem yox idi. Hadisə Qazaxda keçirilən tədbir zamanı baş verib. İndi isə Bakıda yaşadığı evə aparılır. Məndə olan məlumata görə, Bülbülə qəbiristanlığında dəfn olunacaq".


Səbinə Yusif əlavə edib ki, mərhumun iki oğlu olub. Onlardan biri bir neçə il əvvəl dünyasını dəyişib.

**

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında vəfat edib.

News24.az-ın xəbərinə görə, bu barədə APA-ya Elçin Şıxlı məlumat verib.

O bildirib ki, hazırda Şəmistan Nəzirlinin nəşi Qazaxdan Bakıya gətirilir.

Qeyd edək ki, Şəmistan Nəzirli Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973–1991), Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri (1991–1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992–1996), Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru (1996–1998) kimi fəaliyyət göstərib.

2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Chosen
110
11
news24.az

10Sources