EN

Xaçmazda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Xaçmaz.Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində“20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü”ilə əlaqədar tədbir keçirilib.

Trend xəbərverir ki, bu barədə Xaçmaz rayon İcra hakimiyyətindən məlumatverilib.

Bildirilib ki, Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərininmərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünəgül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramlayad ediblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr tarixininDövlət Suverenliyi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O,2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elanedilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 2020-ci ilsentyabrın 27-də başlanan Vətən müharibəsində əldə olunan tarixiQələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən uğurluantiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü vəsuverenliyi tam təmin edilib. Beləliklə, AzərbaycanKonstitusiyasının hüquqi qüvvəsi və dövlət suverenliyi işğaldanazad olunmuş bütün ərazilərdə bərpa olunub.

Digər çıxış edənlər – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Ceyhun Əsədov, Vətənmüharibəsi qazisi, mayor Tariyel Didarov, müharibə veteranıQəhrəman Qasımov və şəhid Tural Ağcabəyovun həyat yoldaşı TuranəAğcabəyova – bu əlamətdar günün Azərbaycanın dövlətçilik tarixindəxüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycandövlətinin hazırda müstəqilliyinin ən şanlı dövrünü yaşadığınıvurğulayıblar.

Sonda suverenliyimizə həsr olunmuş “Səbrin sonu” filmi nümayişetdirilib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Chosen
14
1
az.trend.az

2Sources