EN

Məhkəmə saxlanılan Adnan Əhmədzadə barədə qərar verdi

style='margin-bottom:10px;'>

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

QOL.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Xatırladaq ki, Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edib. Bundan başqa, onun sahibi olduğu şirkətlərdən biri 1-ci liqada yarışan “Mingəçevir” klubunun sponsorudur.

Chosen
12
50
teleqraf.com

10Sources