EN

ƏƏSMN Bakı, Abşeron və Samuxda 1 000 dən çox mənzili təkrar satışa çıxarıb

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında 1 080 mənzili ms.sosial.gov.az portalı üzərindən təkrar onlayn satışa çıxarıb.

525.az nazirliyə istinadən xəbər verir ki, mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır.

Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək, onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər.

(Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və yaxud fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.

Mənzillərin dəyərini müstəqil qiymətləndirici qanunvericiliyə uyğun olaraq müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
10
525.az

10Sources