EN

Anyma Bakı Kristal Zalında unudulmaz gecə yaşatdı

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində dünən Bakı Kristal Zalında elektron musiqinin ən parlaq adlarından biri – Anyma möhtəşəm konsert proqramı ilə səhnəyə çıxdı.

XQ xəbər ki, İtalyan-Amerikalı DJ və musiqi prodüseri olan Anyma özünün məşhur “Genesys” albomundan seçilmiş treklərlə tamaşaçılara valehedici anlar bəxş etdi. Onun elektron ritmləri, güclü vizual effektləri və xüsusi səhnə şousu paytaxt sakinləri və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı.

Anyma artıq “Tomorrowland” və “Coachella” kimi festivallarda milyonlarla insan qarşısında çıxış edib. Bakı Kristal Zalındakı performansı isə Formula 1 Azərbaycan Qran Prisinin musiqi proqramının diqqətçəkən hissələrindən biri oldu.

Qeyd edək ki, bu axşam Glass Animals və Martin Garrix Kristal Zal səhnəsində çıxış edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
6
xalqqazeti.az

9Sources