EN

Azərbaycanın Türkiyəyə birbaşa investisiyaları artıb

Bu ilin l yarısında Azərbaycan Türkiyə iqtisadiyyatına 177,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9 % çoxdur.Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı10,8 %-dən13,1 %-ə çatıb.6 ay ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 628,7 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 1 % çoxdur.Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,9 %-dən19,5 %-ə düşüb.

Qeyd edək ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 %çox) təşkil edib.

Chosen
56
8
metbuat.az

9Sources