EN

“Suriya və İsrail razılığa gəlməyə yaxındır” – Əl Şaraa

“Suriya ABŞ-nin vasitəçiliyi ilə İsraillə razılaşma əldə etməyə yaxındır”. 

KONKRET.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd  Əl Şaraa Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində deyib.

Bununla belə, o vurğulayıb ki, bu, “heç bir halda Təl-Əvivlə münasibətlərin normallaşması demək deyil”.

Əl Şaraanın sözlərinə görə, “Suriya necə döyüşəcəyini bilir, amma daha müharibə istəmir”.

Suriya lideri bildirib ki, İsrailin Suriya prezident sarayına və müdafiə nazirliyinə zərbə endirməsi müharibə elan etməyə bərabərdir. Eyni zamanda o vurğulayıb ki, İsraillə təhlükəsizlik razılaşması qaçılmazdır, baxmayaraq ki, İsrailin belə bir razılaşmaya sadiqliyi sual altında qalır.

Chosen
19
2
konkret.az

3Sources