BAKI, 20 sentyabr. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.